«METAK» Şirkəti 1997-ci ildə təsis edilmişdir. Şirkət MDB ölkələri, əsasən Rusiya ve Ukrayna istehsalı olan boruların, boru kəmərləri hissələrinin daxili bazara idxalı, eyni zamanda polad dirsək və keçidlərin, tikinti işkələlərinin, inşaat dirəklərinin, sifariş əsasında polad döymə məmulatlarının və yerli istehsalın fəxri olacaq səviyyədə polipropilen (plastik) boru və birləşdirici hissələrinin istehsalı kimi geniş bir fəaliyyət sahəsinə mənsubdur.
Hal-hazırda «METAK» Şirkəti iki komplektləşdirmə bazasına, maqistrala çıxan şəxsi yollara və anbarlara malik böyük müəssisədir.
Təqdim etdiyimiz məhsulların çeşidi ildən-ilə artaraq 400-ü ötüb. Mükəmməl planlama və yüksək istehsal gücü sayəsində, anbarlarımızda istənilən vaxt hazır məhsul mövcuddur.
Şirkət, istehsalçı fəaliyyətlərinə 2000-ci ildə polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan professional sex qurmaqla başlamışdır. 2002 ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri də istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir. Daxili bazardakı yüksək tələbatı nəzərə alaraq 2003 cü ildə Şirkət, 25mm-dən 325 mm- dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başladı.Bu məhsullar, yüksək keyfiyyətin nəticəsində qıssa müddət ərzində daxili bazarda mühüm yer tutdular.
2005-ci ildə «METAK» Şirkəti professional mühəndislərinə və güclü idari heyətinə güvənərək gücünü biraz fərqli isahədə yoxladı və qıssa müddət ərzində adəti üzrə uğur qazandı. Şirkət öz müştərilərinə bina daxili içməli su və istilik sisteminin qurulmasında böyük yardım məqsədi ilə polipropilendən hazırlanmış METAKBORU markalı müxtəlif ölçülərdə sadə və alüminium folqalı borular, boru birləşdirici hissələr (fittinqlər) təqdim eyməyə başladı. Sırf bu istehsal üçün təsis edilmiş zavodumuzdakı avadanlıqların və personalın professionallığı, hazır məhsulun keyfiyyətində qabarıq şəkildə özünü göstərməkdədir. Bu məhsullar yüksək keyfiyyətə malik olmalarının sayəsində nəinki yerli bazarda Ukrayna, Rusiya və Qazaxıstan bazarlarında da mühüm yer tutmuşdur.
Şirkət, 150 əməkdaşdan ibarət, hər biri öz işinin mütəxəssisi olan, professionallıqla seçilmiş işçi heyəti ilə hələ çox uğurlara imza atmaq niyyətindədir.