• +994 (12) 958

Xəbərlər

ADNSU və METAK arasında Əməkdaşlıq Memorandumu 19.12.2018

Dekabr ayının 19-da METAK şirkəti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Dekabr ayının 19-da METAK şirkəti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. METAK şirkətinin təsisçisi Alik Kərimov və “ADNSU”-nun rektoru Mustafa Babanlı tərəfindən imzalanan Memoraduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur.

Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək. METAK müasir innovasiya mühitinin yaradılmasına, texnoloji startap layihələrinin həyata keçirilməsinə dəstək olacaq. METAK şirkəti üzün illərdir ki, Azərbaycan gənclərinə təhsil və karyeranın qurulması istiqamətlərində dəstək göstərməkdədir. Bu fəaliyyət çərçivəsində gənclər üçün şirkətdə təcrübə və iş imkanları yaradılır.

“Biz, “ADNSU” ilə əməkdaşlığa başlamağımıza çox şadıq və təbii ki, universitetin mühüm layihələrinin həyata keçirilməsində öz dəstəyimizi göstərəcəyik”, deyə Alik Kərimov bildirib. Tərəflər arasında imzalanmış sənəd stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsini, gənclərin elmi-texniki sahəyə cəlb edilməsini, səmərəli təkliflərin istehsalatda tətbiq edilməsini, tələbələrin təcrübə keçməsi üçün şəraitin yaradılmasını, istedadlı məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsini nəzərdə tutur.

© 2016 All Rights Reserved METAK