• +994 (12) 958

Xəbərlər

Yeni Vendor Portalı artıq işə salınıb! 02.05.2018

METAK şirkəti ilə əməkdaşlıq üçün yeni Vendor Portalı işə salınmışdır. Portal təchizatçılarla effektiv və şəffaf tərəfdaşlıq üçün yaradılmışdır.

METAK şirkəti ilə əməkdaşlıq üçün yeni Vendor Portalı işə salınmışdır. Portal təchizatçılarla effektiv və şəffaf tərəfdaşlıq üçün yaradılmışdır.

Bu sistem təchizatçılara şirkətimizin bütün yeni mal/servis tələblərini onlayn rejimdə izləməyə imkan yaradır. Təchizatçı seçilmiş tələb üzrə təklif tərtib edib bazamıza daxil edə bilər. Həmin təklifin statusunu da onlayn şəkildə izləmək mümkündür. Beləliklə, heç bir təklif nə itirilə, nə də unudulub kağızların altında qala biləcək.

“Yerləşdirilib” statusu: təklif portalın bazasında yerləşdirilib.

“Baxılıb” statusu: təklifin təchizat şöbəsinin mütəxəssisləri tərəfindən tələbə uyğun olub-olmaması baxımından yoxlanılıb.

“Qəbul olunub” statusu: təklif şirkətin tələblərinə cavab verir və artıq müqavilənin bağlanılması üçün nəzərdə tutulacaq.

 

Qeyd edək ki, bu gündən etibərən ərizələr yalnız portal vasitəsi ilə qəbul olunacaq. Əgər Siz təchizatçısınızsa, buyurub hesabınızı qeydiyyatdan keçirə bilərsiniz.​

© 2016 All Rights Reserved METAK