• +994 (12) 958

Xəbərlər

Prezident İlham Əliyev METAK şirkətinin təsisçisini medal ilə təltif edib 25.05.2018

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən METAK şirkətinin təsisçisi Alik Kərimov Tərəqqi medalı ilə təltif edilib.

Alik Kərimov Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi tövfəyə və sahibkarlığın genişləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə  “Tərəqqi” medalına layiq görülüb.

Alik Kərimov 1997-ci ildə METAK-ı təsis edəndə şirkətin cəmi 4 işçisi var idi. Hazırda isə şirkətdə 650 nəfərdən artıq işçi çalışır, istehsalat isə ölkənin 5 şəhərində müvəffəqiyyətlə həyata keçirilir.

METAK  çoxprofilli ticarət-istehsalat müəssisəsidir və əsasən tikinti və kənd təsərrüfatı bazarlarında fəaliyyət göstərir.

Bu gün METAK yerli istehlakçılarnın etibarını qazanmış əsl Azərbaycan brendidir.

"Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medallarına layiq görülmüş digər şəxslərin siyahısı ilə tanış olmaq üçün keçidə daxil ola bilərsiniz.

© 2016 All Rights Reserved METAK