• +994 (12) 958

Xəbərlər

METAK istiqrazları üzrə ilk ödənişlər həyata keçirilib! 30.04.2018

Aprelin 30-da istiqraz sahibləri ilk faiz ödənişi olaraq 70 min manat qazanıblar. Faiz ödənişi üçün pullar Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına ödənilib.

Xatırdladaq ki, METAK-ın ilk istiqrazı üzrə faizlər hər rüb olmaqla 3 aydan bir ödənilir. Növbəti faiz ödənişləri iyulun 29-da, oktyabrın 29-da və yanvarın 29-da həyata keçiriləcək.

May ayında isə METAK-ın ikinci istiqrazları üzrə faizlər ödəniləcək. İkinci istiqraz partiyasının məbləği 3 milyon manat, müddəti 1 il, illik gəlirliyi isə 12% idi. Şərtlərə görə, bu istiqrazların faiz gəlirləri hər ayın 19-da ödəniləcək. Hər ödəniş zamanı istiqraz sahiblərinə ümumilikdə 29 589 manat vəsait (qiyməti 1000 manat olan hər istiqraza 9,86 manat olmaq şərtilə) ödəniləcək. Bu istiqrazlar üzrə faizlər mayın 19-da, iyunun 19-da və sair bu qayda ilə həyata keçiriləcək.

© 2016 All Rights Reserved METAK