• +994 (12) 958

Xəbərlər

METAK-ın yeni metal bazası 20.08.2018

METAK şirkəti müştərilər üçün daha da əlçatan olub. Yeni istifadəyə verilmiş “Metal boru və fitinqlərin istehsalı və satışı bazası” müştərilərə şirkət istehsalı olan malların bütün assortimenti ilə bir məkanda tanış olmaq imkanını verəcək.

METAK şirkətinin yeni metal bazasında metal boru və fitinqlərin istehsalı və satışı həyata keçirilir. Satış şöbəsinin də burada yerləşməsi müştərilərin rahatlığı üçün düşünülüb.

Yeni baza iki sənaye obyektindən ibarətdir. Birinci binada polad boru istehsalı xətti qurulub istifadəyə verilmişdir, ikinci binada mexaniki-təmir və qeyri-standart avadanlıqların istehsalı nəzərdə tutulub və yaxın gələcəkdə bütün lazımi dəzgah və avadanlıqların yerləşdirildiyindən sonra müstəqil bir bölüm kimi fəaliyyət göstərəcəyi planlaşdırılır.

Müştərilər və işçilərin rahatlığı üçün bazanın qarşısı asfaltlanıb, xüsusi parkinq yerləri ayrılıb.

© 2016 All Rights Reserved METAK