• +994 (12) 958

Xəbərlər

METAK-ın təmsilçisi alpaqut üzrə Dünya Çempionu oldu! 26.11.2018

Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutdular. 75-80 kq çəki dərəcəsində METAK-ın təmsilçisi Cabbar İsmayılov bu yarışda qızıl medal qazanaraq Dünya Çempionu adını qazanmağa müvəffəq olub.

Noyabrın 24-də Bakının “Sərhədçi” İdman Olimpiya Kompleksində start götürən alpaqut döyüş sənəti üzrə birinci dünya çempionatı başa çatıb. “Müqəddəs döyüşçü” kimi tərcümə olunan bu idman növündə bütün yaş qrupları üzrə 18 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançı qüvvəsini sınadı. Yarışlarda aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib.

Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutdular. 75-80 kq çəki dərəcəsində METAK-ın təmsilçisi Cabbar İsmayılov bu yarışda qızıl medal qazanaraq Dünya Çempionu adını qazanmağa müvəffəq olub.

METAK komandası çempionumuzu təbrik edir, ona yeni uğurlar və bundan da yüksək zirvələri fəth etməyi arzu edir!

© 2016 All Rights Reserved METAK