• +994 (12) 958

Xəbərlər

METAK şirkəti WorldFood Moscow 2019 sərgisində iştirak edib 07.10.2019

METAK sərgidə meyvələrlə yanaşı regionda ilk və yeganə istehsalçısı olduğu alveolları da nümayiş etdirmişdir

Sentyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində “WorldFood Moscow 2019” beynəlxalq qida sərgisi öz işinə başlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 33 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunmuşdur.

Sərgidə iştirakın əsas məqsədi yerli kənd təsərrüfatı və qida məhsullarını tanıtmaq və onların ixracatının artırılmasına dəstək göstərməkdir.

“Made in Azerbaijan” brendi altında təqdim olunan şirkətlər arasında “METAK” da yer almışdır.  Artıq 13 ildir ki şirkətimiz LANGU brendi adı altında ölkəmizdə bağçılıq sahəsinin inkişafına öz töhfəsini verməkdədir.  “METAK” sərgidə meyvələrlə yanaşı regionda ilk və yeganə istehsalçısı olduğu alveolları (karton meyvə altlıqları) da nümayiş etdirmişdir.

Bu il “Crocus Expo” sərgi kompleksində təşkil olunan sərgidə 65 ölkədən və Rusiyanın 40 regionundan 1500-dən çox şirkət ərzaq məhsulları və içkilər təqdim edir. Hər il “WorldFood Moscow” sərgisini 30 mindən çox adam ziyarət edir.

© 2016 All Rights Reserved METAK