• +994 (12) 958

XİDMƏTLƏR

  • Qilyotin

    Bu üsulun əsas üstünlükləri bunlardır: kəsilmənin yüksək dəqiqliyi, metalın doğranmasının yüksək sürəti, kəsilmənin yüksək keyfiyyəti (kəsilmənin təmizliyi, yanmış kənarların olmaması, hamar kənarlar) və minimal metal itkisi. Metalın gilyotinlə doğranması, yüksək dəqiqliklə həm uzununa, həm də eninə keyfiyyətli metal kəsilməsini həyata keçirməyə imkan verir. Məhz buna görə bu üsul həm az metal prokatı üçün, həm də kütləvi istehsal üçün səmərəlidir. Metal təbəqənin maksimum uzunluğu – 2500 mm, qalınlığı – 4 mm qədərdir.

  • Metal əymə

    Şirkətimizin təqdim etdiyi xidmətlərdən biri - metal əymədir. Qaynağı əvəz etmiş bu xidmət növünə tələbat gündən-günə artır. Qaynaq tikişi zəif yer olduğundan adətən orada  metal korroziya prosesi fəal şəkildə gedir və metal məmulatının bütövlüyü pozulur. Metal təbəqələri əymə isə tikişsiz bütöv konstruksiyalar əldə etməyə imkan verir. Əymə - metalın çöl qatının dartılması və daxili qatının sıxılması sayəsində, məmulatın tələb olunan ölçü və formanı (konfiqurasiyanı) qəbul etməsi ilə nəticələnən əməliyyatdır. Əymənin maksimum uzunluğu – 2500 mm, metal təbəqənin qalınlığı – 4 mm qədərdir.

  • Metal kəsmə

    Kəsmə metal emalı ilə məşğul olan istənilən istehsalatın əsas proseslərindən biridir. Məhz buna görə “METAK” şirkəti sifarişçilərin tələblərinə uyğun olaraq, Uzay lentli-mişar dəzgahında metal kəsmə xidmətini təklif edir. Uzay lentli-mişar dəzgahından bütöv məmulatların, dairəvi və düzbucaq kəsimli boruların və çubuqların (diametri 600 mm qədər) kəsilməsində istifadə olunur. Uzay dəzgahında kəsmə, mişarlama eninin azalması hesabına metal sərfinin optimallaşdırılmasına, elektrik enerjisi sərfinin azadılmasına və məhsuldarlığın artırılmasına imkan yaradır. Belə kəsmə üsulunun üstünlüyü ondadır ki, mişarlamanın yüksək dəqiqliyi və keyfiyyəti sayəsində kəsilmiş səthin əlavə emala ehtiyacı olmur.

  • Kimyəvi analiz

    Proqram təminatı, nümunə səthinin Arqon-48°  köməyi ilə əldə olunan təmizliyinə dair yüksək tələblər (99,998%), orta-statistik rəqəmləri 50-60 saniyəyə (±2%) almaq imkanı, alınan rəqəmlərin standart nümunələrlə müqayisədə maksimal tolerans :

    - Silisium üçün - 0,017%
    - Dəmir üçün - 0,015%
    - Mis üçün - 0,005% 
    - Manqan üçün - 0,005%
    - Maqnezium üçün - 0,020 %
    - Sink üçün - 0,012%.

    Nəticələrin kompyuterdə qeyd edilməsi müştərilərimizə tez, doğru və yüksək keyfiyyətli  xidmət göstərməyə imkan yaradır.

  • Boru əymə

    Boru əymə pilləkən məhəccərlərinin və digər metal konstruksiyalarının hazırlanması üçün zəruridir. METAK şirkəti müxtəlif diametrli boruları minimal radiusla əyməyə imkan verən avadanlıqlara malikdir. Dəzgah dairəvi, kvadrat və düzbucaqlı, 15-102 mm diametrli boruları  əyməyə imkan verir. Boruları və profilli prokatı əymə, məmulat üzərində batıqlar və cızıqlar olmadan, 600 mm qədər radiusunda həyata keçirilir.

  • Tikinti işləri

    METAK şirkətinin təmir-tikinti briqadası istənilən inzibati, ictimai və şəxsi obyektlərin, ofis və mənzillərin tikinti, təmir, quraşdırılma və işləmə xidmətlərini təklif edir. İşin keyfiyyətinə və Sizin rahatlığınıza tam zəmanət verməklə xəyallarınızı gerçəkləşdirməyə hazırıq. Ən vacib göstərici, təbii ki, Sizin özünüzü yeni tikilmiş və yaxud təmir olunmuş məkanda nə dərəcədə rahar hiss etməyinizdir. Təmir-tikinti işlərini peşəkarlara həvalə etməklə Siz gözlənilməyən problemlərlə üzləşməkdən sığortalanmış və keyfiyyətli nəticəyə zəmanət almış olursunuz. Tikinti və təmir işlərində böyük təcrübəyə malik METAK şirkətinin təmir-tikinti briqadası işin mürəkkəbliyindən və miqyasından asılı olmayaraq işlərin plan üzrə təhvil verilməsinə zəmanət verir.

  • Toz Boya

    METAK şirkəti yalnız ən məşhur və keyfiyyət baxımından tanınmış istehsalçılarının toz boyalarının tətbiqi ilə, metal konstruksiyaların toz boya ilə RAL cədvəli üzrə istənilən rəngə boyama xidmətini təklif edir.

    Öz əla texnoloji, iqtisadi və estetik keyfiyyətlərinə görə bu gün toz boya maye boyaları sürətlə əvəz edir. Toz boyanın müsbət cəhətləri: kimyəvi təsirə, korroziyaya, temperatur dəyişikliklərinə, zərbəyə davamlıq və örtüyün uzunömürlülüyü. Bizim şirkət bütün mərhələlərdə, məmulatların boyamaya hazırlanması prosesindən hazır örtüyün alınmasına kimi, keyfiyyətə ciddi nəzarət edir. Boyanan məmulatın maksimum ölçüləri: 1x2x4 m.

  • YTC – induksiya qaynağı

    YTC (yüksək tezlikli cərəyan) qızdırma üsulu ilə qaynaq ən çox yayılmış qaynaq üsuludur. Bu üsulun üstünlükləri: yerli qızdırma sayəsində məmulatın nisbətən az qabarması; qaynaq olunan materialı tez qızdırmaq və dərin tikişlərin qaynağını həyata keçirtmək imkanı; prosesin yüksək istehsalat gücü. Bundan əlavə, qaynaq zamanı məmulatın yalnız lazım olan hissəsi qızdırıldığına görə, YTC induksiya qaynağı enerjiyə gənaətli texnologiya hesab olunur. YTC qaynağı zamanı enerji detalların daxilində yaranır, kənardan gətirilmir. İnduksiya qaynağı elektrik cərəyanı keçirən istənilən materialı (müxtəlif metal və xəlitələr) qaynaq etməyə imkan verir.

  • Qumlama

    Qumlama - metal səthlərin boyadan, korroziyadan, köhnə qaynaq izlərindən təminzlənməsi üçün ideal vasitədir. Təmizləmə işlərinin aparılmasında istifadə olunan əsas materialin məhz qumun olmasına görə bu texnoloji proses qumlama adlanır. 
    Qumlama metal səth­lə­rin rənglənməyə hazırlığın əsas mərhələsidir. Məhz bu təmizlənmənin effektiv nəticəsi key­­fiy­yətli rənglənmənin aparılmasına imkan yaradır və məhsulun uzunömürlüyünü təmin edir.

  • Rəngləmə

    Bizim şirkət uzun ölçülü məhsulların rənglənməsi və polimerləşməsi üçün lazım olan bütün avadanlıqlara malikdir. Rənglənəcək məhsulların ölçüsünün fərqi yoxdur: biz həm profillərin, həm də metal boruların rənglənməsinin öhdəsindən gələ bilirik.

  • Plastik kütlə analizi

    METAK şirkəti polimer materialların xassələrinin analizi üzrə xidmətlərini təklif edir. Axıcılıq, sıxlıq, elastiklik, sərtlik və sabit daxili təzyiqə müqavimət üzrə analizlər Sizə polimerin keyfiyyətini tez və dəqiq müəyyən etməyə kömək edəcək.

© 2016 All Rights Reserved METAK