• +994 (12) 958

Карьера

METAKda işlə

Biz, şirkətimizə qatılmaq istəyən namizədləri görməkdən məmnun oluruq!
Əgər bizim komandaya qoşulmaq istəyirsinizsə, özünüz haqqında bütöv xülasəni (CV) bizim bazaya daxil edin. Bunun üçün təqdim olunmuş anketi doldurun.
Online CV

Актуальные вакансии

14 ИЮН
Tornaçı-frezerçi
Əmək haqqı: Danışıq əsasında

İşin təsviri:

  • İstifadəsinə təyin olunmuş avadanlığın iş prinsipini və istifadə qaydalarını  bilməli;
  • İstifadə etdiyi torna və frez alətlərinin növünü və təyin olunmasını bilməli;
  • Ölçmə, ölçü alətləri, ölçü vahidləri, standartlaşdırma, hədd kənarlaşmaları və s. haqqında məlumatlı olmalı;
  • Daxili nizam-intizam qaydalarının tələblərini, əməyin mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını bilməli.

Əlavə şərtlər:

  • Əmək haqqı danışıq əsasında 
  • 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir
  • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir


Tələblər:

  • Cinsi: Kişi
  • 25-55 yaş
  • Ali texniki təhsil
  • Müvafiq iş stajı 3-5 il
  • Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Qeyd: Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

4 ИЮН
Mühasibat şöbəsində “Yay Təcrübə Proqramı”
Əmək haqqı: Danışıq əsasında

“METAK” MMC  Ali məktəb məzunlara və sonuncu kurs tələbələrinə Mühasibat şöbəsində  iş təcrübəsini qazanmağa imkan yaradır!

Gənclərə təcrübə keçməklə yanaşı mühasibat sahəsində praktiki bacarıqlara yiyələnmək, daxili təlimlərdə iştirak etmək, peşəkarlarla birgə çalışmaq şansı verilir.

Təcrübə proqramını uğurla bitirən gənclər şirkətdə işlə təmin olunma imkanı əldə edəcəklər.


Tələblər:

 Ali təhsil (Maliyyə/iqtisadiyyat);

 Mühasibat sahəsində nəzəri biliklər;

 Analitik təhlil və operativlik bacarığı;

 Komandada işləmək bacarığı;

 Öyrənməyə həvəsli;   

 Dəqiq, məsuliyyətli və stressədavamlı;

 

İş şəraiti

Yarım iş günü (part-time);

Nahar şirkət hesabına verilir;

Servis xidməti fəaliyyət göstərir;

Təcrübə proqramı ödənilir.

23 МАЙ
Texniki nəzarət üzrə mütəxəssis (Beton dirək istehsalı üzrə)
Əmək haqqı: Danışıq əsasında

İşin təsviri:

•    Beton məhsulların istehsalında istifadə ediləcək materialların fiziki və kimyəvi analizlərinin edilməsi.                                                                                                               
•    Beton məhsulların istehsalı zamanı texnoloji prosesin tələblərinin qorunmasına nəzarət.
•    Məhsulların markalanması və saxlanılma yolları texnoloji prosesin tələblərinə uyğun olaraq aparılmasına nəzarət.                                                                                                                                           
•    Sınaq avadanlıqlarından, cihazlarından və ölçmə üsullarından təlimata uyğun istifadə edilməsi. 
•    Lazımi analizlərin vaxtında yerinə yetirilməsi və hesabat şəklində təqdim olunması .
•    Xammal, yarımfabrikat, material və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizləri, təcrübə və digər növ tədqiqatların aparılması.
•    Zay məhsul, onun səbəblərinin uçotunun aparılması.
•    Qüsurlu materialların istehsalata buraxılmasının qarşısının alınması.
 


Namizədə tələblər:

•    İş yeri: Qusar rayonu
•    Ali və ya orta-texniki təhsil
•    1 ildən az olmayaraq, beton və dəmir-beton məmulatları və konstruksiyaları sahəsi üzrə iş     təcrübəsi
•    MS Office proqramlarında işləmək bacarığı
•    İstehsal sahəsinin keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli.

6 МАЙ
Usta (qaynaq boru istehsalı üzrə)
Əmək haqqı: Danışıq əsasında

İşin təsviri:

•    İstehsalat sahələrində müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsini təmin etmək;
•    Zavodda istehsalat prosesində bir başa fəaliyyət göstərən işçilərin (fəhlələr, operatorlar) iş prosesinə nəzarət etmək;
•    İstehsal olunan malların standartlara uyğun ölçüyə, həcmə, keyfiyyətə uyğun istehsal olunmasına nəzarət etmək və bir başa istehsalat prosesinə cavabdeh olmaq;
•    İşçilərə mütamadi texniki təhlükəsizlik qaydaları izah etmək, dəzgah və avadanlıqlardan təhlükəsiz şəkildə idarə edilməsi qaydaları haqqında işçiləri maarifləndirmək ;
•    İstehsalat prosesi ilə bağlı bütün sahələrdə sex rəisinə hesabat vermək.

İş şəraiti:

•    AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
•    6 günlük iş həftəsi
•    Nahar şirkət tərəfindən verilir
•    Nəqliyyat şirkət tərəfindən 
•    Əmək haqqı danışıq əsasında
 


Namizədə tələblər:

•    Ali və ya orta texniki peşə təhsili (istehsalat mühəndisliyi sahəsində təhsili arzuolunandır);
•    Dəmir metallurgiya istehsalı sahəsində operator kimi minimum 3 il iş təcrübəsi olmalı;
•    Mexaniki-texniki bilik və bacarıqları olmalı;
•    Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizə üzrə qaydalarını bilməli;
•    Komandada işləməyi bacarmalı, müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.
 

© 2016 All Rights Reserved METAK