• +994 (12) 958

Məhsullar \ Kanalizasiya boruları

AS Kanalizasiya Boruları

METAK şirkəti daxili kanalizasiya sistemləri üçün polipropilendən hazırlanmış kanalizasiya boruların tam çeşidini təqdim edir. Şirkətimizin kanalizasiya boruların ekoloji təmiz və davamlı olduğunu 10 ildən artıq sübut etməkdədir. METAK şirkətinin alıcılar arasında keyfiyyəti və qırılmamaq özəlliyi ilə tanınmış Poli-propilen (PP) sınmayan borular məhsul çeşidimizdə xüsusi yerlərdən birini tutur. Bu boruların istismar müddəti 50 ilə qədərdir, boru istənilən müqavimətə davamlıdır, yüksək müqavimət nəticəsində belə deformasiyaya uğramayan və ilkin formasını saxlayan bu borular daxili kanalizasiya sistemində istifadə olunacaq ən ideal borulardır.

Bu borular DİN, EN, AZS və İSO standartlarına uyğun, diametrləri 50, 75, 110 və 160mm, uzunluqları 0.25metrdən 6.00metrəyə qədər, alıcının tələbatına uyğun olaraq istehsal olunur. Qalınlıqları standartlara uyğun 1.9-3.9mm arasında olur. Rəngi qəbul olunmuş beynəlxalq standartlara əsasən boz rəngdə olur, lakin alıcının istəyinə görə, istənilən rəngdə istehsal etmək imkanımız mövcuddur.

PP kanalizasiya boruların əsas üstünlükləri olaraq aşağıdakıları qeyd etmək olar:

• Uzun ömürlüdür və montajdan sonra xidmətə ehtiyyac olmur.

• Sağlamlığa zərər vura biləcək tullantıları olmur. • Yandığı zaman zərərli qazlar və his əmələ gətirmir.

• Suyun axıcılıq qabiliyyəti bu borularda maksimumdur.

• Montaj zamanı qaynaq, yapışqan kimi vəsitələr tələb etmir.

• Kimyəvi qurluşuna görə, hətda aşağı temperaturlarda müqavimət və zərbələrə qarşı digər borulardan daha dayanıqlıdır və hər bir halda öz ilkin formasına qayıdır.

• Çəkisi PVC və digər borulara nisbətən daha yüngüldür, bu daşınma və montaj zamanı böyük üstünlük deməkdir. Çəkisinin yüngüllüyünə baxmayaraq, daha dayanıqlı və keyfiyyətlidir.

 

Əsas tətbiq sahələri aşağıdakılardır:

• Bina içi, bina xarici və torpaq altında atıq suların xaric olunmasında.

• Paltaryuyan, qabyuyan, hamam, ayaq yolu və s. kimi yüksək temperaturda atıq suları olan yerlərdə.

 

Borular növbədəki uzunluqlarında istehsal olunur: 250, 500, 1000, 2000, 3000 və 6000 mm.

 

Kod Ölçülər, mm Divar qalınlığı mm
4103050000 50  1,9
4103075000 75  2,2
4103110000 110  2,7
4103160000  160  4,2

© 2016 All Rights Reserved METAK