• +994 (12) 958

BİZ KİMİK

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şikətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər) və 2005-ci ildən isə, müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. 2005-ci ildən həmçinin, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və sair MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Bir yerli istehsalçı olaraq hal-hazırda METAK brendinin altında 2500-ə yaxın məhsul çeşidi bazardakı alıcılara təklif olunur. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 450 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

  • 20 ildən çox keyfiyyətilə Sizi razı salan

     

  • Ölkənin ən nüfuzlu şirkətlərindən biri olan

     

  • Müştərilərinə qiymət verən

     

  • Məhsullarına zəmanət verən

     

ŞİRKƏTİN TARİXÇƏSİ

  • 1997
    METAK şirkətinin yaradılması

    Şirkətin təməl olunması ilə ilk polad boruların idxalı, onların yerli və MDB bazarlarında satışı.

  • 1999
    İlk metal məhsulların istehsalı

    İlk metal konstruksiyaların və işkələlərin istehsalı və onların yerli tikinti bazarında satışı. Bundan başqa, METAK şirkətinin ilk döymə məhsulların istehsal olunması prosesinin başlanması.

  • 2002
    Polad fitinqlər

    Şirkət istehsalatının genişlənməsi: ilk polad fitinqlərin istehsal olunması.

  • 2004
    Qəliblər və ştamplar

    Yeni avadanlıqların alınması ilə ilk qəliblər və ştampların ishetsalına başlanılması.

  • 2005
    Plastik borular və fitinqlər

    Plastik sexinin açılması. İlk plastik və PVX boruların və fitinqlərin istehsalı və satışı.

  • 2006
    Langu törəmə şirkəti

    METAK şirkətinin törəmə müəssisənin yaradılması. Langu bağlarında intensiv bağcılıq üsülu ilə yetiştirilən ekoloji təmiz meyvələrin yerli və MDB bazarında satışı.

  • 2014
    Kənd təsərrüfatı

    Kənd təsərrüfatı və intensiv bağçılıq avadanlıqlarının ishehsalı və satışı.

  • 2016
    Polimerlərin təkrar emalı

    Balaxanı sənaye parkının 5-c rezidenti statusu. Polimerlərin təkrar emalı, polimer xammalının və eləcə də polad boruların istehsal prosesinin başlanması.

© 2016 All Rights Reserved METAK