• +994 (12) 958

Karyera

Mövcud təkliflər

20 APR
Ofis-meneceri
Əmək haqqı: Danışıq əsasında

·         Daxil olan korrespondensiyanın qəbulu və qeydiyyatı;

·         Kənar təşkilatlara göndərilən sənədləri tərtib etmək və hazırlamaq, cavab məktubları hazırlamaq və kuryer xidməti ilə göndərmək;

·         Zəngləri qəbul etmək və onları yönləndirmək;

·         Şirkət qonaqlarını qarşılamaq;

·         Aviabiletlərin rezervasiyasını və alınmasını təmin etmək;

·         Hava limanından xarici qonaqların qarşılamasını təşkil etmək;

·         Qonaqların yerləşdirilməsini təşkil etmək (mehmanxanalarda nömrə sifarişi);

·         İclas və görüşlərin planlaşdırılmasında köməklik göstərmək;

·         Şirkətə aid bilgilərin, qeydiyyat sənədlərin və faylların məxfiliyini qorumaq;

·         İşgüzar məktubları tərtib edilməsi bacarığı, axtarılması və məlumat-sorğu materiallarının verilməsi qaydalarını bilmək.


·         Ali təhsil;

·         Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;

·         MS Office proqramları üzrə biliklər;

·         Yaş həddi: 22 – 33 yaş;

·         Dəqiq və sürətli işləmək bacarığı.

 

Əlavə şərtlər:

·         İş vaxtı: 5 gün, 09:00-18:00;

·         Nahar şirkət tərəfindən verilir.

16 FEV
Hüquqşünas köməkçisi
Əmək haqqı: 600 - 800 AZN

İşin təsviri:

- Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlərin görülməsi (iddia ərizələrin, apellyasiya və kassasiya şikayətlərin hazırlanması və s.)

- Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;

- Mülki müqavilələrin, layihələrinin hazırlanması;

- Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi

- Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;

- Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması; 

- Tam məxfiliyə riayət edilməsi.


Namizədlərə tələblər:         

- Ali hüquqi təhsil; 

- İxtisas üzrə praktiki iş təcrübəsi;

- Azərbaycan və rus dillərini sərbəst bilmək, İngilis dili orta səviyyədə;

- Hüququ sənədləşməni tərtib etmə bacarıqları;

- Yaş həddi: 22-30

- Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet); 

- Dürüst, stessədavamlı, təzyiq altında işləmək bacarığı.

 

Əlavə şərtlər

- İş vaxtı: 5 gün, 09:00-18:00

- Nahar şirkət tərəfindən verilir

14 FEV
Mühasib
Əmək haqqı: 800 - 1000 AZN

İşin təsviri: 

- Müqavilə, protokol və hesab fakturaların hazırlanıb müştərilərə təqdim edilməsi;

- Müştərilərlə Şirkətin maliyyə siyasətinə uyğun olaraq müəyyən edilmiş dövrlər üzrə üzləşmələrin aparılması və aktla təsdiqlənməsi;

- Müştərilərdən qəbul edilən ödənişlərin mühasibat uçotu hesabları üzrə düzgün qeyd edilməsi;

- EQF və EVHF göndərilməsi və qəbul edilməsi üzrə əməliyyatların aparılması;

- Tədarükçülərdən qəbul edilmiş ilkin sənədlərin qəbulu, yoxlanılması və müvafiq qovluqlara yığılması;

- Alınmış aktivlərin uçotu üzrə məsul şəxslərə ilkin sənədlərin təqdim edilməsi və düzgün mühasibat uçotu hesablarında qeyd edilməsi;

- Mal-materialın alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı olaraq sənədləşmə və uçot qeydlərinin vaxtında və dəqiq işlənilməsinin yoxlanılması;

- Ayın bağlanması proseduruna uyğun olaraq məsul olduğu hesablar üzrə açıqda qalan əməliyyatların ilkin sənədlərinin tələb edilməsi və uçot qeydlərinin aparılması;

- Mal-material ehtiyatlarının növbəli və ya növbədən kənar inventarizasiyasında iştirak, nəticələrin araşdırılması və aktla sənədləşdirilməsi;

- Şirkətin maliyyə siyasətinə uyğun olaraq aktivlərin amortizasya müddəti və metodunun tətbiq edilməsi.


Namizədə tələblər:

- İqtisadiyyat sahəsində biliklər;

- Mühasibat uçotunun aparılması qaydaları və onunla əlaqədar qanunvericiliyə (vergi, əmək qanunvericiliyi və bununla əlaqədar nazirlər kabinetinin qərarları) dair biliklər;

- Mühasibat uçotu hesabları üzrə yazılışların (müxabirləşmə) aparılması üzrə biliklər;

- Beynəlxalq mühasibat uçotu standartları üzrə biliklər;

- Əmək haqqınnın hesablanması və ödənilməsi üzrə biliklər;

- ERP programlarda işləmə bacarığı;

- İş təcrübəsi: müvafiq vəzifədə 3-5 il;

- Yaş həddi: 25 – 35;

- Dil bilikləri: Azərbaycan, Rus;

- Məsuliyyətli, stressədavamlı.

 

Əlavə şərtlər:

- İş vaxtı: 5 gün, 09:00-18:00;

- Nahar şirkət tərəfindən verilir.

21 FEV
Biznes proseslərin təkmilləşdirilməsi üzrə mütəxəssis
Əmək haqqı: Danışıq əsasında

İşin təsviri

·         Biznes proseslərinin müəyyən edilməsi və ya onların optimallaşdırılması;

·         Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes prosesləri üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;

·         Biznes-proseslərin dəyişilməsi üzrə ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə struktur bölmələrin menecerləri ilə iş;

·         Texniki tapşırıqların müəyyən vaxt çərçivəsində icrası;  

·         İşlərin prosedur və təlimatlara uyğun görülməsi;

·         Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.

 


Tələblər

 .         Yaş həddi: 25 - 35

·         Ali təhsil (İqtisadi və ya riyazi sahədə);

·         Maliyyə, mühasibatlıq, auditorluq sahəsində 3 ildən yuxarı iş təcrübəsi;

·         İstehsal və xidmət sahəsində Biznes prosesləri bilməli;

·         Vergi Məcəlləsini bilməli, ACCA F3, ERP məntiqli;

·         Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) peşəkar yazılması bacarığı;

·         Analitik düşünmə  və yüksək riyazi analiz qabiliyyəti;

 .         Azərbaycan, Rus dillərini peşəkar səviyyədə bilməli.

23 YAN
ERP üzrə mütəxəssis
Əmək haqqı: Danışıq əsasında

Öhdəliklər:

·         ERP proqramlarda işləmə, yazılım və dəstək;

·         Program modullarının xidmət sahələrinə tətbiqi;

·         Yaranan problemlərin tez bir zamanda həll olunması.

Əlavə şərtlər:

·         Ə/haqqı: danışıq əsasında;

·         İş vaxtı: 5 gün, 09:00-18:00;

·         Nahar şirkət tərəfindən verilir.


Namizədə tələblər:

·         Ali təhsil;

·         Müvafiq sahədə ən az 2 illik iş təcrübəsi (istehsalatda çalışmış şəxslərə üstünlük verilir);

·         SQL, JavaScript, HTML5, CSS3, .NET bilikləri;

·         ERP Database infrastruktur bilikləri;

·         Rus və inglis dillərini bilməli (texniki).

 

METAKda işlə

Biz, şirkətimizə qatılmaq istəyən namizədləri görməkdən məmnun oluruq!
Əgər bizim komandaya qoşulmaq istəyirsinizsə, özünüz haqqında bütöv xülasəni (CV) bizim bazaya daxil edin. Bunun üçün təqdim olunmuş anketi doldurun.
Online CV

© 2016 All Rights Reserved METAK