• +994 (12) 958

Xəbərlər

METAK Məzun-Karyera sərgisində 22.12.2018

Dekabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) V Məzun-Karyera sərgisi keçirilib.

METAK şirkətinin də iştirak etdiyi sərgidə ümumilikdə 68 şirkət ADNSU-nun tələbə və məzunlarlarına 436 vakansiya üzrə iş yerlərini təklif edib. 3000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

METAK-ın stendində tələbələrə şirkətin tarixçəsi və fəaliyyəti haqqında, şirkətdə təcrübə proqramlarının özəllikləri, mövcud vakansiyalar və əmək bazarında daha çox tələbat olan peşələr barədə ətraflı məlumat verildi.

Sərginin açılış mərasimində çıxış edən rektor, professor Mustafa Babanlı artıq beşinci dəfə keçirilən və universitetdə ənənə halını alan Məzun-Karyera sərgilərinin universitet və tələbələr üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib. ADNSU-da tələbələrin müasir zamanın tələblərinə uyğun kadr kimi yetişdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verən rektor, professor M.Babanlı sərgidə şirkətlərin, eləcə də tələbə və məzunların böyük fəallıq nümayiş etdirməsini müsbət qiymətləndirib.

Sərgidə universitetin tələbə və məzunları tərəfindən 2320 ədəd işə müraciət və təcrübə keçmək üçün anket doldurularaq şirkətlərə təqdim olunub.

© 2016 All Rights Reserved METAK