• +994 (12) 958

Xəbərlər

METAK şirkətinin 22 yaşı tamam oldu! 10.01.2019

Bu illər ərzində bizə göstərdiyiniz etibara, verdiyiniz dəyərə, bizə olan inamınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk! Uğurlarımız sayənizdə mümkün olub!

Hər il olduğu kimi ötən il də METAK şirkəti bir sıra yeniliklərə imza atmışdır. Səmərəli işlədiyimiz bu illər ərzində topladığımız böyük təcrübəni fəaliyyətimizin bir neçə istiqamətində uğurla həyata keçiririk. 2018-ci ilin əlamətdar hadisələrindən biri METAK şirkətinin ilk dəfə müxtəlif ölçülü dəmir profil və boruların istehsalına başlaması olmuşdur.

Bildiyiniz kimi, plastik məhsulların keyfiyyəti və estetik görünüşü məhz düzgün hazırlanmış qəlibdən asılıdır. Qəlib və ştamp hazırlanması isə yüksək peşəkarlıq tələb edən mürəkkəb bir prosessdir. Lakin METAK öz mühəndislik və qəlibçilik ənənələrinə güvənərək, bu günə kimi Azərbaycan və Rusiyanın istehsalat müəssisələri, həmçinin fərdi müştərilər üçün 450-dən çox müxtəlif qəlib istehsal etmişdir. Ötən ilin əsas yeniliyi 200 və 330 kq-lıq konteynerlər olmuşdur. Bundan başqa şirkətimiz müxtəlif ölçülü meyvə yeşiklərinin də istehsalını həyata keçirmişdir.

Bu illər ərzində bizə göstərdiyiniz etibara, verdiyiniz dəyərə, bizə olan inamınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk!

© 2016 All Rights Reserved METAK