• +994 (12) 958

Xəbərlər

METAK şirkəti “Caspian Agro 2019” sərgisində iştirak edib 04.06.2019

440-dan çox yerli və xarici şirkətin nümayəndələrini bir araya gətirən sərgidə METAK da təmsil olunmuşdur

15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2019” sərgisi keçirilmişdir. Sərgi iştirakçıları suvarma sistemləri, istixanalar və heyvandarlıq sahəsi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları və s. ibarət ekspozisiya təqdim etmişlər.

440-dan çox yerli və xarici şirkətin nümayəndələrini bir araya gətirən sərgidə “METAK” MMC də təmsil olunmuşdur. Şirkətin stendində plastik yeşiklər, beton dirəklər, sinklənmiş məftil, qarmaqlar, kronşteyn, taxta və beton dirəklər üçün papaqcıqlar, alveollar və s. daxil olmaqla, geniş çeşiddə kənd təsərrüfatı təyinatlı məhsullar yer almışdır.

© 2016 All Rights Reserved METAK