Avadanlıq
Kənd təsərrüfatı təyinatlı avadanlıqlar

Hərəkətli qoşqu platforma
Hərəkətli qoşqu platforma meyvələrin yığımı və bağlara qulluq üçün nəzərdə tutulub. Platforma istənilən traktora farkop vasitəsilə qoşulur. Xüsusi konstruksiya platformanı işçilər, yeşiklər və lazımi avadanlıqlarla birlikdə yerdən 2,10 metrəyə qədər hündürlüyə qaldıra bilir.
Platformanın konstruksiyası eyni zamanda 4 yeşik meyvənin tez və asan yerləşdirilməsini və boşaldılmasını təmin edir. Platformada eyni zamanda 8 nəfər dura bilər (hər iki tərəfdən eyni sayda olmaqla)
Platforma bütün konstruksiya üçün dayaq funksiyasını daşıyan əsas şassidən, hidravlik qaldırıcı sistemdən və hərəkətli yan traplardan ibarətdir. Platformanın hidravlik sistemi traktorun hidravlik sisteminə qoşulur və çox rahatlıqla platformanın üzərindəki hidropaylayıcı vasitəsi ilə idarə olunur.
Standart parametrlər:
- Yükqaldırma gücü: 2000 kq.
- Hündürlük: 2,10 m.
- Platformada hidravlik paylayıcı
- Açılan mexaniki yan traplar
- Traktorun hidravlik sisteminə quşula bilmə

Meyvə yığım arabaları
Bu araba meyvə yığımı zamanı yuxarı və aşağı budaqlardan meyvələri dərmək və yeşiklərə toplamaq üçün istifadə edilir. Hal-hazırda təklif etdiyimiz arabanın konfiqurasiyasını müştərilərin ehtiyaclarına uyğun olaraq dəyişmək mümkündür.
Asanlıqla traktora qoşulan araba eyni zamanda bir neçə böyük yeşiyi daşıma qabiliyyətinə malikdir.
Qoşqu parametrləri:
- Yükdaşıma qabiliyyəti: 800 kq.
- Uzunluğu: 3550 sm.
- Eni: 1215 sm.
- Hündürlüyü: 630 sm.

Ağac dibi dərmanlama aparatı
Ağac dibi dərmanlama aparatı bağ və üzüm sahələrində alaq otlarını məhv edən dərmanların çilənməsi üçün nəzərdə tutulmuşdur.
Aparatın xüsusiyyətlərinə görə dərman yalnız ağacların və şitillərin kök nayihəsinə vurulur, beləliklə, həm ağacdakı məhsul dərmandan qorunur, həm dərman qənaət olunur.

İstifadəsi:
- Traktorun önünə bərkidilir
- Traktorun kabinəsindən idarə olunur
- Magistral və kənd yollarında hərəkəti rahatlaşdırmaq üçün yığılır
Xüsusiyyətləri:
- Maksimal uzunluğu: 5,5 m.
- Minimal uzunluğu: 2 m.
- Hidravlik hərəkətləri: - yuxarıya hərəkət (1 hərəkət) - yana açılma hərəkət (2 hərəkət)

