Triplex boru / METAK - Geniş profilli ticarət və sənaye şirkəti

Triplex boru

Üçqatlı səssiz elastik kanalizasiya boruları və birləşmələri

Üçqatlı triplex boruları

METAK istehsalı olan nisbətən səssiz Triplex borular adi borulardan fərqli olaraq üç qatdan ibarətdir. Polipropilen təbəqələrin arasında yerləşən xüsusi daxili qat nisbətən səssizliyi təmin edir ki, bu da çoxmərtəbəli yaşayış binaları üçün mükəmməl həlldir.

Triplex borular yüksək dayanıqlığa malikdir və asanlıqla montaj olunur. Çirkab sular üçün nəzərdə tutulmuş nisbətən səssiz borular DIN 4102 və DIN 4109 yanma həddi standartlarına uyğundur.

Əsas üstünlükləri

  • Standartlara uyğun olaraq yüksək dəqiqliklə istehsal olunur və asanlıqla quraşdırılır;
  • Quraşdırma zamanı sızmanın qarşısını alan kipləşdirici halqa ilə təmin olunur
  • Polipropilendən istifadə olunduğuna görə yüngül çəkiyə malikdir
  • Tangit tipli yapışqanlardan istifadə edilmədən son dərəcə asan quraşdırıla bilir
  • Boruların ikiqat manjetli kipləşdirmələri və materialın yüksək keyfiyyəti bu növ borular üçün nəzərdə tutulan standartların tələblərini 800% üstələyən hermetikliyi təmin edir
  • Zəhərli qazların əmələ gəlməsinə səbəb olmur
  • Hazırlanmasında yüksək temperaturda deformasiyaya məruz qalan polipropilen xammalından istifadə olunur
  • Kimyəvi maddələrə qarşı yüksək dayanıqlığa malik olduğu üçün uzun illər ərzində eyni qalınlığı saxlaya bilir
  • Elastik strukturu sayəsində aşağı temperaturlarda kövrəkliyi PVC məhsullarına nisbətdə daha azdır

Triplex boru sisteminin quraşdırılması zamanı, montajla bağlı yarana biləcək problemlərin qarşısını almaq üçün, aşağıdakı qaydalara riayət etmək məsləhət görülür

  • — xamut borunun uzanmasını dayandırır və genişlənməsinin qarşısını alır
  • — 1-ci və 2-ci şəkillərdə göstərildiyi kimi, xamutlar boru ilə fitinqin birləşməsinin hər iki tərəfindən keçirilməlidir. Xamutların arasındakı məsafə ən çox 30 sm olmalıdır
  • — xarici fasad tətbiqlərində mövsümün tələbləri nəzərə alınmalıdır. Məsələn, qışda çəkilən borular yayda genişlənə bilər. Beləliklə, qış dövründə quraşdırılmış çirkab su borularının keçid zonalarında yay dövrünün uzanmasını kompensasiya etmək üçün 1 sm. boşluq saxlamaq zəruridir
  • — divar və mərtəbələrarası keçid zamanı boru və fitinqlərin beton divara toxunmamasına diqqət etmək vacibdir
  • — quraşdırılmış boru sisteminin ətrafında yoxlama, təmir və bərpa məqsədləri üçün boşluq saxlamaq lazımdır
  • — boru və fitinqlərin montajından sonra mufta və ara qatlar toz, qum və nəmlik qalmaması üçün təmiz bir parça ilə silinməlidir
Məhsullar kataloqunun elektron versiyası lazımdır?
logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK