Diaqonal iskələ
Üfüqi və diaqonal birləşmələrlə bərkidilən çərçivələrdən ibarət olan bir konstruksiyadır
Diaqonal iskələ və aksessuarlar
Diaqonal iskələ bir-birinə üfüqi və diaqonal birləşmələrlə bərkidilən çərçivələrdən ibarət olan konstruksiyadır. Bu növ qurğular asan quraşdırılması ilə fərqlənir ki, bu da vaxta qənaət etməyə imkan verir
Diaqonal iskələlər 60 metr hündürlüyə kimi quraşdırıla bilər ki, bu da onları həm çoxmərtəbəli binalarda, həm də alçaq hündürlüklərdə istifadə etməyə imkan verir.


| ağır çəkili | yüngül çəkili | |
|---|---|---|
| İşçi sahəsi, m2 | 5 | 5 |
| Uzunluğu (L), mm | 2500 | 2500 |
| Eni (W), mm | 1000 | 819 |
| Hündürlüyü (H), mm | 2000 | 2000 |
| Bir seksiyanın çəkisi, kq | 42 | 38 |

Nərdivan
Nərdivanlar xüsusi qarmaqlar vasitəsilə tikinti iskələlərinin yan tərəfinə birləşdirilir. Bizim nərdivanların istismarı çox rahatdır, çünki onları açmaq və ya çəkmək tələb olunmur, sadəcə iskələlərə birləşdirmək kifayətdir.