Flanslı işkələ / METAK - Geniş profilli ticarət və sənaye şirkəti

Flanslı işkələ

İşkələlərin laxlamasına imkan verməyən konstruksiyadır

Flanslı işkələlə və aksessuarlar

Flanslı işkələlər ən etibarlı işkələ növüdür. İşkələlərin laxlamasına imkan verməyən konstruksiya sayəsində onları istənilən mürəkkəblikdə olan fasadların üzərində 100 metr hündürlüyə kimi quraşdırmaq olar.

Xüsusi qıfıl ilə ayrı-ayrı hissələrin birləşməsi istənilən konfiqurasiyada qurğuların etibarlı və cəld yığılmasına imkan verir. Flanslı işkələlər universal olduğundan onların istifadə sahələri qeyri-məhduddur və istənilən metal qurğuların yığılmasında istifadə oluna bilər. Flanslı işkələlər əlavə olaraq görüləcək işlərin daha rahat həyata keçirilməsi üçün diaqonal nərdivan və ayaqaltı ilə təmin oluna bilər.

Flanslı işkələlər
Flanslı işkələlər
ağır çəkili yüngül çəkili
İşçi sahəsi, m2 5 5
Uzunluğu (L), mm 2500 2500
Eni (W), mm 1000 1000
Hündürlüyü (H), mm 2000 2000
Bir seksiyanın çəkisi, kq 64 68
Diaqonal nərdivan

Diaqonal nərdivan

Nərdivan 5 mm-lik poladdan hazırlanaraq profil boru ilə gücləndirilib. İşlərin təhlükəsizliyini təmin etmək üçün pillələr üzərində çıxıntılar döyülüb. Nərdivan 45° bucaq altında diaqonal olaraq qurulur və işkələnin üfüqi hissələrinə qarmaqlarla bərkidilir. Nərdivan 500 kq-a qədər çəkiyə davam gətirə bilər.


Ayaqaltılar

Ayaqaltılar

Ayaqaltılar 5 mm-lik polad lövhələrdən hazırlanaraq profil borulardan yığılmış çərçıvə ilə gücləndirilib. İşçi səthin üzərində təhlükəsizliyi təmin etmək üçün çoxlu sayda deşiklər açılıb. Ayaqaltı qarmaqlar vastəsi ilə işkələnin üfüqi hissələrinə bərkidilir.

Flanslı işkələ birləşmələrinin hesablanması

Dayaq (əd):

0.0

Uzun birləşmə (əd):

0.0

Qısa birləşmə (əd):

0.0

logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK