METAK aqrosənaye sahəsində qablaşdırma problemini həll edib

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
METAK aqrosənaye sahəsində qablaşdırma problemini həll edib
  • 16 OKTYABR 2018

METAK aqrosənaye sahəsində qablaşdırma problemini həll edib

Şirkətin təsisçisi Alik Kərimov aqrosənayenin inkişafına təkan verəcək yeni qablaşdırma məhsulları haqqında danışır

Məhsul yığımı mövsümünün başlanması ilə fermerlərin qarşısında qablaşdırma və daşınma məsələsi durur. Məlumdur ki, daşınma zamanı malların keyfiyyətini saxlamaq üçün fermerlər ilk növbədə standartlara cavab verən qabaşdırmaya fikir verməlidirlər.

Daim yeniliklərə imza atan METAK şirkəti Azərbaycanda plastik yeşiklərin və meyvələr üçün karton altlıqların (alveolların) istehsalına başlayan ilk şirkətdir. Beləliklə də şirkət məhsulun yığılma, saxlanma və daşınma problemini həll etmiş oldu. Bu gün şirkətimizin müxtəlif ölçü və rənglərdə plastik yeşik və konteynerlər istehsal edir.

Ölkədə ilk və yeganə alveol istehsalçısı olan METAK şirkəti bu gün alıcılarına müxtəlif ölçülü karton altlıqlar təqdim edir.

METAK şirkətinin təsisçisi Alik Kərimov ATV telekanalına müsahibəsində qeyd etmişdir ki, məhsul daşınmasında alveolların istifadəsi bir dünya təcrübəsidir: “Bizim fermerlərdən xahişimiz odur ki, sifarişlərini mövsümdən 5-6 ay əvvəl versinlər. Biz də tələbatı öncədən bilərək, sifarişlərə uyğun həm qəlib, həm də injeksiya makinalarının sayını artıra bilərik”.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK