METAK-dan Azərbaycan Əsgərinə vitamin payı

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
METAK-dan Azərbaycan Əsgərinə vitamin payı
  • 10 OKTYABR 2020

METAK-dan Azərbaycan Əsgərinə vitamin payı

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən əsgərlərimizə dəstək olmaq məqsədilə “METAK” şirkəti Milli Ordumuz üçün 20 ton alma göndərmişdir.

Ərazi bütövlüyümüzün müdafiəsi naminə gedən döyüşlərdə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Bu günlərdə xalq birliyinin mövcud olması ən vacib amillərdən biridir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən əsgərlərimizə dəstək olmaq məqsədilə “METAK” şirkəti Milli Ordumuz üçün 20 ton alma göndərmişdir. Şirkətimiz işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda ön cəbhədə döyüşən Mübariz Ordumuzun hər bir üzvünə uğurlar diləyir və əldə edilmiş ilkin qələbələr münasibətilə xalqımızı təbrik edir. Qeyd etmək istərdik ki, “METAK” şirkəti ordumuzu dəstəkləmək məqsədilə Azərbaycan Ordusuna Yardım Fonduna ₼100 min vəsait və texniki avadanlıq keçirmişdir. Bu kimi təşəbbüslərlə şirkətimiz ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğunu ifadə edir. Biz bundan sonra da bu istiqamətdəki səylərimizi davam edəcəyik.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK