XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun


- 04 İYUN 2022
“METAK” məzun-karyera sərgilərinin iştirakçısıdır
“METAK” Azərbaycan universitetlərində keçirilən məzun-karyera sərgilərində iştirak edib.
İnsan Resursları departamentinin İşə qəbul və karyera planlaması şöbəsi aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU), mayın 6-da ADA universitetində, mayın 21-də isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilmiş məzun-karyera sərgilərində iştirak etmişdir. Qeyd edək ki, şirkətimizin stendi tələbələrin böyük marağına səbəb olmuşdur. Müxtəlif ixtisaslar üzrə (informasiya texnologiyaları, proqlamlaşdırma, mexanika, avtomatika, kimya mühəndisliyi və s.) təhsil alan və təhsilini bitirmək üzrə olan tələbələr şirkətimizdə iş və təcrübə proqramları imkanları ilə maraqlanmışlar. Sərgi zamanı əməkdaşlarımız şirkətin fəaliyyəti, əsas dəyərləri və işə qəbul qaydaları barədə tələbələrə ətraflı məlumat vermişlər.
Həmçinin hal-hazırda ADNSU-nin “Mexanika mühəndisliyi” fakültəsinin 14 tələbəsi, və 8 saylı Bakı Peşə Liseyinin 5 tələbəsi şirkətimizdə istehsalat təcrübəsi keçməkdədir.
Son xəbərlər
“METAK” məzun-karyera sərgilərinin iştirakçısıdır
04 İYUN 2022
“METAK”da beynəlxalq standartlara uyğun audit
03 İYUN 2022
Azerbaijan Best Managed Companies 2022
27 MAY 2022
METAK-dan Azərbaycan Əsgərinə vitamin payı
10 OKTYABR 2020
METAK istiqraz üzrə ödənişləri uğurla ödədi
18 MAY 2020