XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 07 NOYABR 2025
Qarabağ qaziləri ilə görüş – qəhrəman əməkdaşlara təşəkkür və ehtiram günü!
METAK şirkətində Qarabağ müharibəsi qaziləri ilə görüş təşkil olunmuşdur. Görüş zamanı şirkət rəhbərliyi bütün istehsalat məntəqələrini – Bakı, Sumqayıt, Balaxanı və Langu istehsal sahələrini ziyarət etmişdir.
Tədbirin əsas məqsədi Vətən müharibəsində iştirak etmiş əməkdaşlara dərin təşəkkür və ehtiram bildirmək olmuşdur. Görüş çərçivəsində rəhbərlik qazilərimizlə səmimi söhbətlər aparmış, onların göstərdikləri şücaət və fədakarlıqlardan qürurla bəhs etmişdir.
Qəhrəman əməkdaşlarımıza minnətdarlıq əlaməti olaraq xüsusi hədiyyələr təqdim edilmişdir. Tədbir isti və emosional atmosferdə keçmiş, həmrəyliyin və vətənpərvərlik ruhunun bir daha təcəssümü olmuşdur.
Son xəbərlər
METAK “Ən yaxşı tərəfdaş” adına layiq görüldü
30 İYUN 2026
Balaca qonaqlarımız METAK-ı kəşf etdilər
01 İYUN 2026