Künclük
ГОСТ 8240-97
Künclük metal məmulat olub keyfiyyətli konstruktiv metaldan hazırlanır. Künclük L şəkilli kəsimə malik olan profil metal məmulatı əsasında
hazırlanan əyilmiş profildir. Bu künclüklərdən demək olar ki, bütün sahələrdə, xüsusən də tikinti sənayesində hündürmərtəbəli monolit-karkas
binaların tikintisi zamanı betonun möhkəmliyini təmin etmək məqsədilə sərtlik armaturu qismində, həmçinin yük həcmi və ara məsafəsi çox olan
aşırımların inşasında istifadə edilir.