METAK şirkəti ölkəmizdə keçirilən ilk triatlon çempionatının rəsmi sponsoru oldu

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
METAK şirkəti ölkəmizdə keçirilən ilk triatlon çempionatının rəsmi sponsoru oldu
  • 23 OKTYABR 2019

METAK şirkəti ölkəmizdə keçirilən ilk triatlon çempionatının rəsmi sponsoru oldu

İdmanı və sağlam həyat tərzini təbliğ edən “METAK” bu cür yarışlara hər zaman dəstək olmağa çalışır

Oktyabrın 6-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə həvəskarlar arasında ilk turnir ― “Baku Triatlon 2019” keçirilib.

Triatlon olimpiya idman növüdür, üç mərhələnin (üzgüçülük, velosiped sürmə və qaçış) ardıcıl və fasiləsiz keçilməsindən ibarət yarışdır. Mövcud olan 20-yə yaxın məsafə növü arasında ən populyar 5150, IRONMAN 70.3 və IRONMAN məsafələridir.

Əsas məqsədi triatlonun ölkəmizdə tanınması və inkişafı olan tədbirin sponsorları arasında “METAK” şirkəti də yer almışdır. İdmanı və sağlam həyat tərzini təbliğ edən “METAK” bu cür yarışlara hər zaman dəstək olmağa çalışır.

Yarış Avropa Oyunları Parkında sprint məsafəsi üzrə baş tutub. Yarışı 0,5 kilometr məsafəyə üzməklə başlayan iştirakçılar, velosipedlə 20 kilometr qət etməklə davam etmiş və 5 kilometr qaçışla tamamlamışlar.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK