METAK - Geniş profilli ticarət və sənaye şirkəti

Biz kimik?

Fəaliyyətə 1997-ci ildə başlamış “METAK” ölkəmizin ən nüfuzlu şirkətlərindən biri olub, istehlakçıların böyük etibarını qazana bilmişdir

Fəaliyyət sahələri

“METAK” Azərbaycan Respublikasının müxtəlif bölgələrində öz istehsalat müəssisələri olan, həmçinin Bakı və Sumqayıt şəhərlərində iki bazası fəaliyyət göstərən və daima uğurlara imza atan bir ticarət və sənaye şirkətidir

Satış

Etibarlı təchizatçılar və dəqiq müəyyən olunmuş qiymət siyasəti nəticəsində “METAK” ölkədə metal boru, profil və boru kəməri fitinqləri satan ən böyük müəssisələrdən birinə çevrilmiş və uzun illərdir yerli bazarda öz qabaqcıl mövqeyini qoruyub saxlamaqdadır

İstehsalat

“METAK” plastik borular bazarına ilk daxil olan yerli istehsalçılardan biridir. Gərgin əməyimiz və uzun illər sonra alıcılar arasında qazandığımız rəğbət sayəsində şirkətimiz bazarda qabaqcıl mövqe tutmağa müvəffəq olmuşdur

Kənd təsərrüfatı

İntensiv bağçılıqla məşğul olan təsərrüfatları dəstəkləmək məqsədi ilə “METAK” 2014-cü ildən bəri əvvəllər Azərbaycanda istehsal olunmamış geniş çeşiddə yeni məhsullar və ümumiyyətlə kənd təsərrüfatı üçün kompleks həllər təklif edir

Məhsullarımız

Polad məhsullar
Polad
Plastik məhsullar
Plastik
Qablaşdırma
Qablaşdırma
Kənd təsərrüfatı avadanlığı və məhsulları
Kənd təsərrüfatı

Xidmətlərimiz

“METAK” müştərilər üçün metal emalı, metal məmulatların, qəlib və ştampların hazırlanması və laborator sınaqlar kimi müxtəlif növ xidmətlər təklif edir

27

İl təcrübə

900+

Əməkdaş sayı

2500+

ÇEŞİD MƏHSUL

langu logo

Aqrar-sənaye kompleksimiz

“LANGU” aqrar-sənaye kompleksi 15 ildir fəaliyyət göstərir və müxtəlif meyvələrin yetişdirilməsi və satışı ilə məşğul olur. “LANGU” bağında ilk meyvə ağacları 2006-cı ildə əkilmişdir. Bu gün 200 hektarlıq intensiv bağ sahəsində yerli və Avropa ölkələrindən gətirilmiş şitillər artıq zəngin bar verir. Hal-hazırda təsərrüfat genişlənir, yaxınlıqda yerləşən 100 hektar əlavə ərazidə yeni bağın salınması üzrə işlər aparılır. Bağ ərazisində yerləşən bir neçə süni suvarma gölü də “LANGU” kompleksinə məxsusdur. Şirin meyvələrimiz süfrənizin yaraşığı olacaq!

Ətraflı
Karyera Portalı

Karyera Portalı

“METAK” şirkətinin əsas aktivi onun əməkdaşlarıdır. Komandamıza qoşulmaq istəyirsinizsə, Karyera portalımızda qeydiyyatdan keçərək iş üçün muraciət edə bilərsiniz

Metal kalkulyatoru

Metal kalkulyatoru

Polad boru, profil və digər məhsulların çəkisini və ya uzunluğunu standartlara uyğun hesablamaq üçün mobil tədbiqimizdən yararlana bilərsiniz

logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK