Əməkdaşlara “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri təlim keçirilmişdir

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
Əməkdaşlara “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri təlim keçirilmişdir
  • 28 NOYABR 2025

Əməkdaşlara “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri təlim keçirilmişdir

26–28 noyabr tarixlərində METAK MMC-də əməkdaşların təhlükəsiz və sağlam iş mühitində fəaliyyət göstərməsini təmin etmək, yanğın təhlükəsizliyi ilə bağlı nəzəri biliklərini artırmaq məqsədilə “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri təlim təşkil olunmuşdur.

Təlimin məqsədi əməkdaşların iş mühitində qarşılaşa biləcəkləri yanğın riskləri barədə maarifləndirilməsi, yanğın təhlükəsizliyi qaydalarına riayət etmə vərdişlərinin formalaşdırılması və fövqəladə vəziyyətlər zamanı düzgün davranış bacarıqlarının artırılması olmuşdur. Təlim zamanı iştirakçılara yanğınsöndürmə avadanlıqlarından təhlükəsiz və düzgün istifadə üsulları, yanğın risklərini yaradan amillər, alovlanma hallarının qarşısının alınması, eləcə də təxliyə planları və fövqəladə çıxış yollarından istifadəyə dair geniş məlumat verilmişdir.

Bundan əlavə, yanğın təhlükəsinin minimuma endirilməsi üçün gündəlik nəzərə alınmalı profilaktik tədbirlər izah olunmuş, əməkdaşlara həm fərdi, həm də kollektiv məsuliyyətin əhəmiyyəti vurğulanmışdır. Təlimin sonunda işçilərlə qısa praktiki məşğələlər aparılmış, yanğın zamanı davranış ssenariləri müzakirə edilmiş və real vəziyyətlər üzrə mümkün həll yolları təhlil olunmuşdur.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2025 METAK