Cənab Prezident Neftçala SM-dəki yeni zavodumuzu işə saldı!

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
Cənab Prezident Neftçala SM-dəki yeni zavodumuzu işə saldı!
  • 24 SENTYABR 2017

Cənab Prezident Neftçala SM-dəki yeni zavodumuzu işə saldı!

24 sentyabr 2017-ci il tarixində Azərbaycanda ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi istifadəyə verilmişdir

Açılış mərasimi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə METAK zavodunun ərazisində baş tutmuşdur. Respublika Prezidentinin təşəbbüsü ilə yaradılan və 10 hektar ərazidə yerləşən Neftçala Sənaye Məhəlləsində hazırda 9 iştirakçı qeydiyyatdan keçmişdir: METAK MMC, Azevrocar MMC, Kəhf MMC, Gilan PİVOT MMC, Toğrul-2008 MMC, Providence Limited MMC, Azproduct MMC, Sun Rise Production MMC, Petroqeoaz MMC.

İyirmi ildir fəaliyyət göstərən METAK MMC-nin Neftçala Sənaye Məhəlləsində yaratdığı müəssisənin injeksiya apparatında ilkin xammalan plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı iri həcmli plastic yeşiklər istehsal ediləcək. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq. Gələcəkdə burada yeni istehsalat xəttlərinin yaradılması nəzərdə tutulub. Sənaye məhəllələrinin yaradılması kiçik və orta sahibkarlığa dəstək olmaqla yanaşı yeni iş yerlərinin yaradılmasına güclü təkan verəcək.

Hal-hazırda zavodda 12 nəfər işçi çalışır, ən yaxın zamanda bu rəqəmin artması gözlənilir. Belə sənaye məhəllələri həm də regionlarda sənaye sahələrinin mərkəzləşməsini, daha səmərəli fəaliyyət göstərmələrini, yeni müəssisələrin yaradılmasını və müəssisələrarası əməkdaşlığı təşviq edir. Neftçala Sənaye Məhəlləsindəki bütün qonşularımızı bir daha təbrik edir, yeni layihələrinin uğurlu olmasını arzu edirik.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

+994 (12) 958

office@metak.az
© 2024 METAK