XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun


- 30 MAY 2025
Əməkdaşlara “Ofis təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri təlim keçirilmişdir
20–30 may tarixlərində METAK MMC-də əməkdaşların təhlükəsiz və sağlam iş mühitində fəaliyyət göstərməsini təmin etmək məqsədilə “Ofis təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri təlim təşkil olunmuşdur.
Təlimin məqsədi əməkdaşların ofis mühitində qarşılaşa biləcəkləri potensial risklər barədə maarifləndirilməsi, iş yerində təhlükəsizlik qaydalarına riayət etmə vərdişlərinin formalaşdırılması və fövqəladə hallarda düzgün davranış bacarıqlarının artırılması olmuşdur. Təlim zamanı iştirakçılara elektrik avadanlıqlarından təhlükəsiz istifadə qaydaları, sürüşmə və yıxılma hallarının qarşısının alınması, ergonomik iş şəraitinin təmin edilməsi və fövqəladə çıxış yollarının istifadəsi barədə geniş məlumat verilmişdir.
Bundan əlavə, ofis mühitində qəza risklərini minimuma endirmək üçün gündəlik nəzərə alınmalı təhlükəsizlik tədbirləri izah olunmuş, əməkdaşlara fərdi və kollektiv məsuliyyətin əhəmiyyəti vurğulanmışdır. Təlimin sonunda işçilərlə qısa praktiki məşğələlər aparılmış və real vəziyyətlər üzrə davranış ssenariləri müzakirə olunmuşdur.
Son xəbərlər
METAK ailəsi idmanda da bir addım öndədir
13 İYUL 2025
5, 10, 15 və 20 il çalışan əməkdaşlar təltif edildi
30 İYUN 2025
Qızıl Dəyərində İdarəetmə və Liderlik!
05 İYUN 2025