XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 10 OKTYABR 2020
METAK-dan Azərbaycan Əsgərinə vitamin payı
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən əsgərlərimizə dəstək olmaq məqsədilə “METAK” şirkəti Milli Ordumuz üçün 20 ton alma göndərmişdir.
Ərazi bütövlüyümüzün müdafiəsi naminə gedən döyüşlərdə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Bu günlərdə xalq birliyinin mövcud olması ən vacib amillərdən biridir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən əsgərlərimizə dəstək olmaq məqsədilə “METAK” şirkəti Milli Ordumuz üçün 20 ton alma göndərmişdir. Şirkətimiz işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda ön cəbhədə döyüşən Mübariz Ordumuzun hər bir üzvünə uğurlar diləyir və əldə edilmiş ilkin qələbələr münasibətilə xalqımızı təbrik edir. Qeyd etmək istərdik ki, “METAK” şirkəti ordumuzu dəstəkləmək məqsədilə Azərbaycan Ordusuna Yardım Fonduna ₼100 min vəsait və texniki avadanlıq keçirmişdir. Bu kimi təşəbbüslərlə şirkətimiz ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğunu ifadə edir. Biz bundan sonra da bu istiqamətdə səylərimizi davam edəcəyik.ki
Son xəbərlər
METAK komandası Bakı Marafonu 2026-da!
03 MAY 2026
Karyera sərgisində METAK-dan yeni imkanlar
24 APREL 2026
METAK komandası Gobustan Trail 2026-da!
19 APREL 2026
METAK-dan növbəti idman uğuru!
18 APREL 2026
METAK şirkəti əmək yarmarkasında fəal iştirak etdi
08 APREL 2026