XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun


- 30 APREL 2018
METAK istiqrazları üzrə ilk ödənişlər həyata keçirilib!
Aprelin 30-da istiqraz sahibləri ilk faiz ödənişi olaraq 70 min manat qazanıblar. Faiz ödənişi üçün pullar Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına ödənilib
Xatırdladaq ki, METAK-ın ilk istiqrazı üzrə faizlər hər rüb olmaqla 3 aydan bir ödənilir. Növbəti faiz ödənişləri iyulun 29-da, oktyabrın 29-da və yanvarın 29-da həyata keçiriləcək.
May ayında isə METAK-ın ikinci istiqrazları üzrə faizlər ödəniləcək. İkinci istiqraz partiyasının məbləği 3 milyon manat, müddəti 1 il, illik gəlirliyi isə 12% idi. Şərtlərə görə, bu istiqrazların faiz gəlirləri hər ayın 19-da ödəniləcək. Hər ödəniş zamanı istiqraz sahiblərinə ümumilikdə 29 589 manat vəsait (qiyməti 1000 manat olan hər istiqraza 9,86 manat olmaq şərtilə) ödəniləcək. Bu istiqrazlar üzrə faizlər mayın 19-da, iyunun 19-da və sair bu qayda ilə həyata keçiriləcək.
Son xəbərlər
Azərbaycan tikinti sənayesində bir ilk!
15 İYUL 2025
METAK ailəsi idmanda da bir addım öndədir
13 İYUL 2025
5, 10, 15 və 20 il çalışan əməkdaşlar təltif edildi
30 İYUN 2025
Qızıl Dəyərində İdarəetmə və Liderlik!
05 İYUN 2025