XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun


- 28 OKTYABR 2023
METAK şirkəti dünyanın ən nüfuzlu sərgisində iştirak etdi
“METAK” şirkəti isitmə və havalandırma sahəsində dünyanın ən böyük üç sərgisindən biri kimi tanınan, İstanbul şəhərində keçirilən “ISK SODEX” beynəlxalq sərgisində istirak etmişdir.
“ISK SODEX ” beynəlxalq sərgisi hər iki ildən bir keçirilir. Bu il sərgiyə 19 ölkədən 1000-dən çox şirkət qatılmışdır.
Sərgi 120.000 kv. metr ərazidə baş tutmuş və dünyanın müxtəlif yerlərindən 150.000-dən çox iş adamı sərgini ziyarət etmişdir.
Ölkəmizdən ilk dəfə METAK şirkəti olaraq bu il iştirakçılar arasında bizdə olduq.
Şirkətimizn sərgiyə qatılmaqda əsas məqsədi xüsusi ilə MDB və Şərq ölkələrinə ixracatı artırmaq olub. Bu sahə üzrə istehsalda dünya lideri olan Türkiyədən belə şirkətimizin istehsal etdiyi məhsullara çox ciddi maraq göstərilmişdir. Sərgidə istehsal etdiyimiz plastik borular və digər məhsulların ixracatı ilə bağlı MDB və Şərq ölkələrindən müsbət rəylər və çox saylı əməkdaşlıq təklifləri gəlmişdir. Şirkətimiz üçün yeni həmkərlarla iş birliyinə böyük imkanlar yaranmışdır.
Qeyd edək ki, "METAK" şirkəti Azərbaycanın tikinti məhsulları istehsalı bazarında 27 ildir ki, fəaliyyət göstərir.
Son xəbərlər
"METAK" şirkəti "YUGAGRO 2023" sərgisində
24 NOYABR 2023
Qazilər ilə görüş keçirilib
07 NOYABR 2023
METAK şirkəti dünyanın ən nüfuzlu sərgisində iştirak etdi
28 OKTYABR 2023
METAK şirkəti əmək yarmarkasında iştirak etdi
25 OKTYABR 2023