XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 06 OKTYABR 2017
Millət vəkilləri METAK zavodu ilə tanış oldular
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Neftçala Sənaye Məhəlləsində oldular və METAK zavodu ilə tanış oldular
Görüşdə vurğulanıb ki, Azərbaycan prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə bu ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib.
Neftçala Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, "startup"lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.
Sonra millət vəkilləri Neftçala Sənaye Məhəlləsinin rezidentlərinin fəaliyyəti ilə əyani tanış olublar.
METAK MMC-nin Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsalı müəssisəsinin illik istehsal gücü 2 milyon taradır.
Son xəbərlər
METAK şirkəti əmək yarmarkasında fəal iştirak etdi
08 APREL 2026
METAK Şahdağda keçirilən Snowflake Trail qaçışında
22 FEVRAL 2026
METAK “Fruit Trade 2026” sərgisində
19 FEVRAL 2026
Gələcəyin peşəkarları METAK-da!
11 FEVRAL 2026